Türk gözəli “İqtisadçı” ilə müqavilə bağladı - FOTO
21.05.2010 - 17:13
Türk gözəli “İqtisadçı” ilə müqavilə bağladı - FOTO
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı “İqtisadçı” ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, növbəti mövsümdə Türkiyə yığmasının sabiq baş məşqçisi Rəşad Yazıçıogullarının çalışdıracağı klub Filiz Özgürlə müqaviləni rəsmiləşdirib.

Son mövsümü “Bəylikdüzüspor”da keçirən türkiyəli voleybolçunun müqavilə müddəti 1 ildir.

Qeyd edək ki, 1985-ci ildə anadan olan və 185 sm boyu olan Filiz Özgür “Qazi Universiteti”, “Emlak Toki” və “Ereğlispor”da klublarında da oynayıb.
0