Yığmamızın rəqibi Gürcüstanı darmadağın etdi
22.05.2010 - 10:59
Yığmamızın rəqibi Gürcüstanı darmadağın etdi
Voleybol üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığma komandası ilə eyni qrupda yer alan Belarus ilk oyunda rəqibini biabır edib. Apasport.az saytının məlumatına görə, əfsanəvi məşqçi Nikolay Karpolun çalışdırdığı milli komanda Gürcüstan voleybolçuları ilə oyunda rəqibə 3 setdə bir hissənin xalını verməyib (!).

Setlərdə 25:8, 25:7 və 25:7 hesabı ilə qələbə qazanan belaruslular 3:0 hesabı ilə gürcülərə qalib gəliblər. Onlar bu qələbədən sonra Faiq Qarayevin yetirmələrini top fərqinə görə qabaqlayıblar və turnir cədvəlinin birinci pilləsinə yüksəliblər.

Bu gün Mogilyovda keçirilən Avropa çempionatının qrup mərhələsi çərçivəsində Belarus Bosniya və Herseqovina ilə, Azərbaycan isə Gürcüstanla qüvvəsini sınayacaq.

Qeyd edək ki, voleybolçularımız ilk matçda Bosniya və Herseqovinaya 3:0 hesabı ilə qalib gəliblər.
0