Yığma komandamız bu gün hazırlıqlara start verəcək
25.05.2010 - 11:11
Yığma komandamız bu gün hazırlıqlara start verəcək
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması bu gün səhər saatlarında Belarusun Mogilyov şəhərindən vətənə dönüb. Apasport.az saytının məlumatına görə, bu ölkədə Avropa çempionatının I seçmə mərhələsində iştirak edən Faiq Qarayevin yetirmələri bu gün qısa istirahətdən sonra saat 16:00-da yenidən qitə birinciliyinin II seçmə mərhələsinin hazırlıqlarına start verəcək. Mogilyovdan qrup lideri kimi qayıdan komandamızın heyətində zədəli voleybolçunun olmadığı bildirilir.

Qeyd edək ki, Avropa çempionatın II seçmə mərhələsi mayın 28-30-da paytaxtımızda keçiriləcək.
0