Azərbaycan çempionatında fərqlən, Avropa kubokuna get!
03.06.2010 - 15:35
Azərbaycan çempionatında fərqlən, Avropa kubokuna get!
Sabah atletika üzrə Azərbaycan çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, Respublika atletika manejində keçiriləcək yarışda 40-a yaxın idmançı mübarizə aparacaq. Yarışlar 2 gün davam edəcək.

Qeyd edək ki, çempionatda fərqlənənlər iyunun 19-20-də Maltada keçiriləcək Avropa kubokuna aparılacaq.
0