Əlvida Laporta! “Barselona”da Rosell dövrü başladı
14.06.2010 - 10:27
Əlvida Laporta! “Barselona”da Rosell dövrü başladı
İspaniyanın “Barselona” klubunda prezident seçkiləri keçirilib. Apasport.az saytının məlumatına görə, seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanan Sandro Rosell Kataloniya komandasının prezidenti seçilib.

Seçkidən sonra yeni prezident ona səs verənlərin etimadını doğruldacağını və növbəti mövsümdə klubun daha uğurlu çıxış edəcəyini bildirib: “Bu seçkilərdə qalib gəldiyim üçün xoşbəxtəm. Mənə etimad göstərən İcraiyyə Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirirəm. Mən buradan prezident seçkilərindən namizədlərə də səslənirəm: biz seçkidən öncə rəqib olsaq da, artıq klubun uğurları üçün bir yerdə işləyə bilərik. Burada mən heç bir problem görmürəm”.

Sandro Rosell, həmçinin növbəti mövsümdə Avropada, ölkə çempionatında və kubokunda ancaq çempionluq üçün oynayacaqlarını deyib: “İnanıram ki, həmişə yüksək yerlər uğrunda mübarizə aparan “Barselona” növbəti mövsümdə daha güclü olacaq və yeni titullarla azarkeşlərimizə sevinc bəxş edəcək. Biz mübarizə aparacağımız hər üç cəbhədə - İspaniya çempionatında, kubokda və Çempionlar Liqasında yalnız birinci yer üçün meydana çıxacağıq”.

Xatırladaq ki, əvvəlki prezident Xuan Laportanın rəhbərliyi dövründə katalonların qazanmadığı titul qalmayıb. Komanda ötən il 6 titul qazanmaqla, dünyanın ən güclüsü olduğunu sübut etmişdi.
0