“Könlümə seks düşəndə, onun yanına gedirəm” - FOTOSESSİYA
22.06.2010 - 16:44
“Könlümə seks düşəndə, onun yanına gedirəm” - FOTOSESSİYA
Atletikanın uzunluğa tullanma növündə gənclər arasında Avropa çempionatının son qalibi Darya Klişina şəxsi həyatı ilə bağlı açıqladığı fikirlər diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 19 yaşlı atlet idmanda uğur qazanmağın sirini düzgün sekslə məşğul olmaqda görür.

Gənc atlet burada boy amilini və döşəkdə çevikliyin böyük əhəmiyyət kəsb etdiyini deyib: “Sekslə məşğul olduğun insan səninlə eyni boyda olmalıdır. Bu idmanda çəkini əvəz edir. Çünki hər şey uyğun olduqda, gözəl anlar yaşayırsan. Mənim oğlanım da atletdir. O, Rusiya yığmasının heyətində yer alır. Boyumuz bərabər olduğundan və daima idmanla məşğul olduğumuzdan sevişməyimiz ləzzət edir”.

Klişina istədiyi vaxt sevgilisi ilə birgə olmağı xoşlasa da, bəzi idmançıların yarış qabağı belə “xoşbəxtlikdən” qaçdığını bildirib: “Seks hər insanın istəyindən asılıdır. Amma bəzən bu idmanda düz gəlmir. Təlim-məşq toplanışı və ya yarışdan öncə xoş hissləri yaşamağa icazə verilmir. Mənim üçün isə bu fərq etmir. Könlümə seks düşəndə, onun yanına gedirəm. O da belədir. Yəni, istədiyimiz vaxt sekslə məşğul oluruq”.
0