“Azərreyl”i də sevirəm, Türkiyə yığmasını da” - FOTO
27.07.2010 - 12:50
“Azərreyl”i də sevirəm, Türkiyə yığmasını da” - FOTO
“Hələ istirahət edirəm. Bakıdan mənimlə əlaqə saxlayan olmayıb. Dəqiq deyə bilmərəm ki, növbəti mövsümdə harada işləyəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Azərreyl” voleybol klubunun baş məşqçisi Adnan Kistak deyib.

Türkiyəli mütəxəssis bildirib ki, Azərbaycanda işləmək ürəyincə olsa da, digər variantları da nəzərdən keçirir. Onun sözlərinə görə, adı Türkiyə yığmasının baş məşqçisi postuna namizədlər arasında hallansa da, rəsmi müraciət yoxdur: “Mən də hamı kimi bu barədə eşitmişəm. Lakin federasiya tərəfindən rəsmi müraciət olmayıb. Bunun üçün təklifdən sonra fikirləşməyə dəyər”.

Kistak “Azərreyl” və “ay-ulduzlu” komandadan eyni vaxtda dəvət alacağı halda, məyus olacağını gizlətməyib. O, bu barədə qərar verməyin çətin olacağını deyib: “Eyni vaxtda təklif olarsa, dəyərləndirmək asan olmayacaq. Çünki hər iki komandanı çox sevirəm. Buna görə, nə deyəcəyimi heç özüm də bilmirəm”.

Qeyd edək ki, ötən il “Azərreyl”i çalışdıran Kistakın adı Türkiyə milli komandasının baş məşqçisi postuna namizədlər sırasında çəkilir.
0