İki saniyəlik qol - VİDEO
13.08.2010 - 09:33
İki saniyəlik qol - VİDEO
Braziliyanın "Korintians" klubunun gənclərdən ibarət komandasının oyunçusu Villiam meydanın mərkəzindən qol vurub. Apasport.az saytının xəbərinə görə, futbolçu ASA-nın gənclər komandasına qarşı matçın başlanmasından cəmi bir neçə saniyə sonra fərqlənib. Braziliyalının 50 metrlik məsafədən vurduğu zərbə dəqiq olub. ASA-nın qolkiperi Velozo qapıdan irəli çıxdığı üçün zərbəyə hazır olmayıb. "Korintians"ın futbolçuları kombinasiya və zərbəyə əvvəlcədən hazırlaşıblar.
0