“İqtisadçı” “Çelenc Cup”da səfər oyununa getmir
03.09.2010 - 10:05
“İqtisadçı” “Çelenc Cup”da səfər oyununa getmir
Azərbaycanı “Çelenc Cup” turnirində təmsil edəcək “İqtisadçı” voleybol klubu I təsnifat mərhələsinin hər 2 oyununu Bakıda keçirəcək. Apasport.az saytının məlumatına görə, Rəşad Yazıçıoğullarının rəhbərlik edəcəyi komandanın rəhbərliyi Bosniya və Herseqovinanın “Kula” klubu ilə bu barədə razılığa gəlib və oyunların tarixini də müəyyənləşdiriblər.

Belə ki, təsnifat mərhələsinin ilk oyunu oktyabrın 16-da, cavab görüşü isə 1 gün sonra keçiriləcək. “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq oyunlar saat 16:00-da start götürəcək.

Qeyd edək ki, “Dördlər finalı”na kimi irəliləməyi planlaşdıran “İqtisadçı” növbəti mərhələyə yüksələrsə, burada Rumıniyanın SCMU klubu ilə üz-üzə gələcək.
0