Klublarımızın rəqibləri müəyyənləşdi
27.09.2010 - 11:23
Klublarımızın rəqibləri müəyyənləşdi
“Rabitə” və “İqtisadçı” voleybol klublarının Türkiyədə keçiriləcək “Errea Cup”da rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək beynəlxalq yarışda Azərbaycan Super Liqasının qalibi olan “rabitəçilər” ilk oyunda “Vakıfbank Günəş Sığorta”nı sınağa çəkəcəklər. Rəşad Yazıçıoğullarının çalışdırdığı “İqtisadçı” isə “Əczaçıbaşı” ilə qüvvəsini sınayacaq.

Reqlamentə əsasən, bu cütlərin qalibləri finalda qarşılaşacaqlar. Məğlub olan komandalar isə üçüncü yer uğrunda oynayacaqlar.

Qeyd edək ki, Samsunda təşkil ediləcək “Errea Cup”da birinci oyunlar oktyabrın 2-də, final isə 1 gün sonra baş tutacaq.
0