“Azərreyl” Çexiyada kubok qazandı - FOTO
28.09.2010 - 11:43
“Azərreyl” Çexiyada kubok qazandı - FOTO
Çexiyada təlim-məşq toplanışında olan Bakının “Azərreyl” və “Lokomotiv” voleybol klubları beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, Preşov şəhərində “Çelenc Cup”a hazırlaşan klublarımız burada 3 yerli komandanın iştirakı ilə təşkil edilən “Zubr Cup”da güclərini yoxlayıblar.

Çexiyanın “Slaviya Praqa”, “Fridek-Mistek” və “Preşov” komandaları ilə mübarizə aparan voleybolçularımız bütün görüşlərini qələbə ilə başa vurublar. Sonda 6 xal toplayan “Azərreyl” və “Lokomotiv” “Zubr Cup” ilk 2 pilləsini tutublar. Set fərqinə görə isə, “Azərreyl” daha yaxşı olub.

Qeyd edək ki, turnirdə paytaxt klubları bir-birləri ilə oynamayıblar.

Azərreyl – Fridek-Mistek - 3:1 (20:25, 25:19, 25:15, 25:17)
Lokomotiv – Slaviya Praqa - 3:2 (21:25, 25:23, 26:28, 25:19, 15:12)
Slaviya Praqa - Azərreyl – 1:3 (25:23, 14:25, 7:25, 15:25)
Fridek-Mistek - Lokomotiv – 1:3 (16:25, 25:16, 15:25, 15:25)
Preşov - Azərreyl – 0:3 (18:25, 14:25, 14:25)
Lokomotiv – Preşov - 3:0 (25:15, 25:11, 25:20)
0