Dünya çempionatının iştirakçısı “Bakı”da - FOTO
06.10.2010 - 10:11
Dünya çempionatının iştirakçısı “Bakı”da - FOTO
Paytaxtın “Bakı” voleybol klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, əsası gənclərdən qurulan komanda ABŞ yığmasının üzvü Eşli Enqli heyətinə qatıb. 22 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Enql ABŞ-ın 20 yaşlılardan ibarət milli komandasının heyətində dünya çempionatının finalında çıxış edib.
0