Azərbaycan çempionu kapitanını dəyişdi
06.10.2010 - 10:56
Azərbaycan çempionu kapitanını dəyişdi
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Rabitə” voleybol klubunun yeni kapitanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Super Liqanın qalibinin heyətində yeni mövsümdən bu funksiyanı milli komandamızın lideri Natalya Məmmədova yerinə yetirəcək. O bu postda Boyana Doqanjiçi əvəz edib.

Qeyd edək ki, Məmmədova “Errea Cup”ın “Vakıfbank Günəş Sığorta” ilə ilk oyununda “Rabitə”yə 25, “İqtisadçı” ilə görüşdə isə 5 xal qazandırıb.
0