“Azərreyl” Azərbaycan çempionunun qisasını aldı
06.10.2010 - 11:40
“Azərreyl” Azərbaycan çempionunun qisasını aldı
“Çelenc Cup”a hazırlığın son mərhələsini Türkiyədə keçən “Azərreyl” bu ölkədə ilk yoldaşlıq matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “Vakıfbank Günəş Sığorta” ilə gücünü yoxlayan paytaxt komandası görüşü qələbə ilə başa vurub. Voleybolçularımız rəqiblərinə 3:1 hesabı ilə qalib gəliblər. “Azərreyl” növbəti sınaq matçını bu gün “Beşiktaş”a qarşı keçirəcək.

Qeyd edək ki, “Vakıfbank Günəş Sığorta” az öncə Super Liqanın qalibi “Rabitə” ilə qüvvəsini sınamışdı. “Errea Cup” yarışı çərçivəsində türklər həmyerlilərimizə 3:1 hesabı ilə qalib gəlmişdilər.
0