Azərbaycan çempionatından Yaponiya yığmasına
25.10.2010 - 15:18
Azərbaycan çempionatından Yaponiya yığmasına
Oktyabrın 29-da start götürəcək voleybol üzrə qadınlar arasında dünya çempionatında iştirak edəcək Yaponiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, mundiala ev sahibliyi edəcək asiyalıların baş məşqçisi Masayoşi Manabe açıqladığı siyahıda Azərbaycan Super Liqasında çıxış edəcək Yuko Sanoya da yer verib. O “İqtisadçı”nın 31 yaşlı liberosunun adını “14-lüyə” daxil edib.

Qeyd edək ki, Sanodan öncə “Rabitə”dən Nataşa Krsmanoviç və Silviya Papoviç də Serbiya milli komandasının dünya çempionatında mübarizə aparacaq heyətinə daxil edilmişdilər.
0