Azərbaycan çempionu 5 illik sindroma qarşı - STATİSTİKA
01.12.2010 - 15:34
Azərbaycan çempionu 5 illik sindroma qarşı - STATİSTİKA
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Azərbaycan çempionu “Rabitə” İtaliyanın “Skavolini” klubunu qəbul edəcək.

Təmsilçilərimizin indiyədək Apennin təmsilçilərinə qarşı görüşləri həmişə çətin və gərgin olub. Belə ki, klublarımızın qəniminə çevrilən italiyalılarla bu günədək 17 dəfə qarşılaşmışıq ki, bunlardan 14-də rəqib sevinib. Komandalarımız 18 set qazandıqları halda, 49-da uduzublar.

Azərbaycan çempionu “Rabitə” qalib gəlməklə, 5 illik sindroma son qoya bilər. 2005-ci ilin oktyabrın 25-də “Azərreyl” “Peruca”nı 3:2 hesabı ilə məğlub etdikdən sonra təmsilçilərimiz ardıcıl 8 dəfə uduzub. Son məğlubiyyət acısını isə elə məhz “Rabitə” yaşayıb.

Bu səbəbdən CEV kubokunun yarımfinalında İtaliyanın “Yamamay” klubuna uduzan komandanın həmin qisası italiyalılardan alacağını proqnozlaşdırmaq olar. Bunu deməyə isə “Rabitə”nin güclü və “Dördlər finalı”na iddialı olması əsas verir. Üstəlik, voleybolçularımız “Skavolini”yə qalib gəlməklə, “Azərreyl”in də heyfini çıxmış olacaqlar. Çünki Çempionlar Liqasının 2006/2007-ci illər mövsümündə Pesaro təmsilçisi həmyerlilərimizlə qarşılaşmanın hər 2 qarşılaşmasında qələbə qazanmışdı.

Qeyd edək ki, Apennin təmsilçilərinin 7 klubu ilə qarşılaşan 3 Azərbaycan komandasından 1 dəfə Bakı Məişət Kondisionerlər Zavodu (BMKZ) və 2 dəfə “Azərreyl” meydanı qələbə ilə tərk edib.

Azərbaycan klublarının İtaliya komandaları ilə görüşləri

Klub

O

Q

M

S

BMKZ

4

1

3

5-11

Azərreyl

12

2

10

11-35

Rabitə

1

0

1

2-3

CƏMİ

17

3

14

18-49



CEV kuboku, 1990/1991
1/8 final
1 dekabr (1990)
“Peskopagano” – BMKZ – 3:1 (15:9, 6:15, 15:13, 15:7)

8 dekabr (1990)
BMKZ – “Peskopagano” – 3:2 (15:6, 13:15, 14:16, 5:15, 5:15)

CEV kuboku, 1991/1992
1/4 final
15 yanvar (1992)
BMKZ – Modena – 0:3 (15:17, 13:15, 10:15)

22 yanvar (1992)
Modena – BMKZ – 3:1 (15:8, 15:7, 12:15, 15:8)

Çempionlar Liqası, 2002/2003
Qrup mərhələsi
11 dekabr (2002)
Azərreyl – Modena – 3:2 (20:25, 25:16, 25:19, 19:25, 15:13)

16 yanvar (2003)
Modena – Azərreyl – 3:0 (25:23, 25:21, 25:21)

Çempionlar Liqası, 2004/2005
Qrup mərhələsi
7 dekabr
Azərreyl – Novara – 0:3 (16:25, 21:25, 21:25)

15 dekabr (2004)
Novara – Azərreyl – 3:0 (25:20, 25:22, 25:16)

Çempionlar Liqası, 2005/2006
Qrup mərhələsi
25 oktyabr (2005)
Azərreyl – Peruca – 3:2 (14:25, 25:22, 21:25, 25:17, 15:13)

11 yanvar (2006)
Peruca – Azərreyl – 3:0 (29:27, 25:19, 25:20)

Pley-off mərhələsi
15 fevral (2006)
Foppapedretti – Azərreyl – 3:1 (21:25, 25:15, 25:13, 25:18)

23 fevral (2006)
Azərreyl – Foppapedretti – 2:3 (27:29, 22:25, 25:11, 25:22, 15:6)

Çempionlar Liqası, 2006/2007
Qrup mərhələsi
28 noyabr (2006)
Azərreyl – Skavolini – 1:3 (24:26, 26:24, 21:25, 22:25)

16 yanvar (2007)
Skavolini – Azərreyl – 3:1 (25:14, 25:21, 25:27, 25:14)

Pley-off mərhələsi
8 fevral (2007)
Foppapedretti – Azərreyl – 3:0 (25:17, 25:17, 25:16)

14 fevral (2007)
Azərreyl – Foppapedretti – 0:3 (12:25, 23:25, 24:26)

CEV kuboku, 2009/2010
Yarımfinal
20 mart (2010)
Rabitə - Yamamay – 2:3 (15:26, 25:22, 21:25, 25:17, 12:15)

Qeyd: voleybolda 1998 oktyabrına kimi setin qalibi 15 topun yekunda müəyyənləşib.

Tahir HÜMMƏTOV
0