Yunanlara voleybol dərsi - YENİLƏNİB
13.01.2011 - 20:37
Yunanlara voleybol dərsi - YENİLƏNİB
Bu gün Bakının “Azərreyl” voleybol klubu “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin cavab oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu komandası Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşıb.

İlk oyunda olduğu kimi bu qarşılaşma da “Azərreyl”in tam üstünlüyü şəraitində keçib. Yunanıstan çempionuna voleybol dərsi keçən komandamız 1-ci görüşdə qazandığı qələbənin təsadüf olmadığını sübut edib. Vüqar Əliyevin yetirmələri “Sərhədçi” Olimpiya Mərkəzində 2 gün ərzində keçirdikləri 2-ci matçda da qonaqları eyni hesabla məğlub ediblər - 3:0.

Beləliklə, “Çelenc Cup”da keçirdiyi 6 matçda 1 setdə olsa belə uduzmayan “Azərreyl” mübarizəni 1/8 final mərhələsində davam etdirəcək.

Qeyd edək ki, “dəmiryolçular”ın mərhələ adlamasından sonra “Çelenc Cup”ın 1/8 final mərhələsinə yüksələn Azərbaycan klublarının sayı 3-ə çatıb. “Azərreyl”dən öncə “Lokomotiv” və “İqtisadçı” da 1/16 final mərhələsindəki rəqiblərinə qalib gəlmişdilər.



19:30. “Azərreyl” - “Olimpiakos” - 3:0 (25:14, 25:11, 25:20)
Hakimlər: Pavel Anderson (Rusiya), Maçej Tvardovski (Polşa).
“Sərhədçi” Olimpiya Mərkəzi.
0