“Rabitə” Çempionlar Liqasının ən varlı klublarındandır” – FOTO
14.02.2011 - 13:54
“Rabitə” Çempionlar Liqasının ən varlı klublarındandır” – FOTO
“Ən çətin mərhələyə qədəm qoymuşuq. Burada isə uğuru davam etdirmək cəmi 3 komandaya qismət olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Bank BPS Fakro” klubunun baş məşqçisi Boqdan Servinski deyib.

Çempionlar Liqasının II pley-off mərhələsində “Rabitə”nin rəqibi olan polşalılar növbəti mərhələyə yüksəlmək fikrindədir. Servinski bildirib ki, Azərbaycan çempionu ilə görüşdən sonra xoşbəxt “üçlüyə” daxil olmağı planlaşdırırlar: “Dördlər finalı”na yüksəlmək üçün son şansdır. Bundan istifadə etməyə çalışacağıq. Rəqibimiz Çempionlar Liqasının ən varlı komandalarından hesab edilir. Lakin onların oyununu analiz edib, qələbənin yolunu tapacağıq. Evdə keçiriləcək ilk qarşılaşmada qələbə qazanıb səfərə rahat yollanmaq istəyirik. Düzdür, I pley-off mərhələsində İtaliyanın “Villa Korteze” komandasına doğma divarlar arasında uduzduq. Amma II oyunda onlara qalib gəlməklə yanaşı, “Qızıl set”də də qələbə qazanaraq mərhələ adladıq. Bu dəfə isə Polşada da qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, “Bank BPS Fakro” yerli çempionatlarında I pillədə qərarlaşıb.
0