“İqtisadçı”dan növbəti supertransfer - EKSKLÜZİV
19.02.2011 - 11:10
“İqtisadçı”dan növbəti supertransfer - EKSKLÜZİV
“İqtisadçı” voleybol klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, universitet komandası yeni baş məşqçi Jan De Brandtın gəlişindən sonra ikinci transferini reallaşdırıb.

Azərbaycan Super Liqasının bürünc mükafatçısı Kuba yığmasının üzvü Yaima Ortis Çarrodan sonra Xorvatiya millisinin üzvü İliyana Duqandziçi də rənglərinə bağlayıb. 30 yaşlı voleybolçu ilə mövsümün sonunacan müqavilə imzalanıb.

2002-ci ildən milli komandalarının şərəfini qoruyan voleybolçu Xorvatiyanın “Mladost”, Yunanıstanın “Markopoulo” və Rumıniyanın “Dinamo” klublarında çıxış edib.

Qeyd edək ki, artıq Bakıda olan Duqandziç bu gün “İqtisadçı” ilə ilk məşqinə çıxacaq.
0