Maradona və Messinin fantastik qolları - VİDEO
03.06.2011 - 15:53
Maradona və Messinin fantastik qolları - VİDEO
Argentina millisinin futbolçusu Lionel Messi dünya futbolunun əfsanəsi Dieqo Maradonanın yolu ilə gedir. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona”nın ulduzu hər addımda əfsanəni xatırladır.

Bəzən isə xatırlatmağa çalışır. Elə argentinalıların müxtəlif illərdə vurduğu qollar arasında da bir-birinin bənzəri var.

1986-cı ildə keçirilən dünya çempionatı zamanı İngiltərənin qapısına fantastik qol vuran Maradona 62 metr məsafə qət edib, 6 futbolçunu aldatmışdı. Belə reyddən sonra qol vuracaq növbəti oyunçu isə Messi oldu.

O, 2007-ci ildə “Xetafe” ilə matçda eyni vəziyyətdən fərqləndi. Qoldan sonra isə bayrağa tərəfə qaçaraq, Maradonanın 21 il əvvəl etdiyi kimi bayram etdi.

Messi daha bir halda Maradonanın hərəkətini təkrarlayıb. Bu dəfə isə “Espanyol”a əllə qol vuraraq fərqlənib. Bu da Maradonanın 1986-cı ildə vurduğu və sonradan "Tanrının əli" kimi dəyərləndirdiyi qolun bənzəri idi.
0