London-2012-də yığmamızın formalarını Ermanno Şervino hazırlayacaq
27.02.2012 - 13:04
London-2012-də yığmamızın formalarını Ermanno Şervino hazırlayacaq
Dünya şöhrətli italyanlı modelyer Ermanno Şervino 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycanlı idmançıların geyimlərinin dizaynını təqdim edəcək. Apasport.az saytının məlumatına görə, bunun üçün məşhur modelyerin adını daşıyan moda evinin rəhbəri Toni Şervinonun bu gün səfəri başlayıb.

O, 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında ölkəmizi təmsil edəcək idmançıların formalarının dizaynı üçün Azərbaycan tərəfindən elan edilən tenderin qalibi olub. Ermanno Şervino bu zaman Rusiya, Sloveniya, İsveçrə və İtaliya şirkətlərini qabaqlayıb.

Dizayner Azərbaycanın milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, onları daha maraqlı və özünəməxsus şəkildə ifadə etməyi bacarıb. Açılış və bağlanış mərasimləri, idman və gündəlik geyimlərlə yanaşı, aksesuarlarda da Azərbaycanın bayrağı, gerbi, bir sözlə, milli atributları yüksək səviyyədə əks olunub.

Qeyd edək ki, Toni Şervinnonun Azərbaycana səfəri 2 günlükdür.
0