London-2012-də yubka ilə döyüşməyə icazə verildi
02.03.2012 - 10:51
London-2012-də yubka ilə döyüşməyə icazə verildi
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2012-ci il London Yay Olimpiya Oyunlarında qadın boksçuların təkcə şortiklə deyil, yubkalarla da rinqə çıxmasına icazə verib.Lent.az-ın məlumatına görə, müvafiq düzəliş AİBA-nın rəsmi saytında dərc olunub.

Lakin yubkaların uzunluğuna dair heç bir göstəriş yoxdur.

Qeyd edək ki, əvvəllər yubkadan ekipirovka kimi istifadəyə icazə variantına baxdığı məlum olduqdan sonra AİBA seksizm tənqidləri və ittihamlarına məruz qalıb.
0