Yeon Kounq Kim “Azərreyl”dən imtina etməsinin səbəbini açıqladı
21.07.2012 - 12:33
Yeon Kounq Kim “Azərreyl”dən imtina etməsinin səbəbini açıqladı
Cənubi koreyalı ulduz Yeon Kounq Kim son anda “Azərreyl”lə müqavilə imzalamaqdan imtina etməsinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qalibi “Fənərbaxça” ilə razılaşmasını 2 il müddətinə uzatmasını karyerasında müsbət addım sayır.

O, hansı komandada çıxış etmək istədiyini London Olimpiadasına qədər həll etməyi lazım bilib və gələcəyə ümidlə baxır: “Həddən artıq çox şeyi öyrənib, dərhal uyğunlaşa biləcəyim bir komandada oynamağı planlaşdırırdım. Bakı klublarından təklif almağım doğrudur, amma mən Türkiyədə qalmaq istədiyimdən, “Fənərbaxça” ilə yeni müqavilə bağlamağı üstün tutdum”.

Qeyd edək ki, “Azərreyl”in heyətinə qatdığı iddia olunan Kim “Fənərbaxça” ilə 2 illik müqaviləyə imza atıb.
0