Bu gün qadın voleybolçular arasında Yüksək Liqada IX turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Son iki pillədə qərarlaşan komandaların duelində UNEC “Gəncə”ni qəbul edib. Gəncəlilər autsayderlə görüşdə çətinlik çəkməyiblər. Ölkənin ən köklü klubu “Azərreyl” çempionatın lideri “Abşeron”la üz-üzə gəlib. Bu görüşdə "dəmiryolçular liderlə bacarmayıblar.
"Tura “Murov Az Terminal” - “Milli Aviasiya Akadekiyası” matçı ilə yekun vurulub. Qonaq komanda quru hesabla qalib gəlib.
Yüksək Liqa (Qadınlar)
IX tur
4 fevral
15:00. UNEC - “Gəncə” - 0:3
16:00. “Azərreyl” - “Abşeron” - 1:3 (25:15, 20:25, 19:25, 14:25)
18:00. “Murov Az Terminal” - “Milli Aviasiya Akadekiyası” - 0:3 (17:25, 17:25, 15:25)