“Çelsi”nin müdafiəçisi “Kristal Pelas”da - rəsmi
04.02.2025 - 20:53
“Çelsi”nin müdafiəçisi “Kristal Pelas”da - rəsmi

İngiltərə Premyer Liqası komandalarından "Çelsi"də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Ben Çilvell "Kristal Pelas"a transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi mövsümün sonuna kimi icarə əsasında "Kristal Pelas"da çıxış edəcək.

Qeyd edək ki, 28 yaşlı ingiltərəli bu mövsüm "zadəganlar"ın heyətində cəmi 1 matçda iştirak edib.

0