ı, i və ya saxta statistika
28.08.2012 - 15:14
ı, i və ya saxta statistika
Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsində ilk oyunlarının hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də İsrail, 4 gün sonra Portuqaliya ilə keçiriləcək qarşılaşmalar yığmamızın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olacaq.

Belə ki, 30 yaşlı müdafiəçi Braqa şəhərində Portuqaliya ilə qarşılaşmada millidə 80-ci, yubiley oyununu keçirəcək. O, bununla Aslan Kərimovun rekordunu təkrarlayacaq. Neçə vaxtdır gözlənilən bu rekord əfsanəvi Kriştianu Ronaldonun gözü qarşısında gerçəkləşəcək. Bu isə o deməkdir ki, Sadıqov artıq rekordun hazırlıqlarına başlayıb.

“RƏŞAD80” rebusu

Rəşad yığmada 80-ci oyununa hələ gələn ay Braqada çıxacaqsa, bu əlamətdar hadisə artıq “qeyd” olunub. Belə ki, artıq 3 aydır bəziləri Sadıqovun 80-i arxada qoyduğunu iddia edir. Özü də rəsmi şəkildə. Hətta AFFA əməkdaşlarından Sadıqovu Aslanın rekordunu təkrarlamaq münasibətilə təbrik edənlər, onun 80-i arxada qoyduğunu mətbuata çıxardanlar da var. Lakin ölkənin aparıcı KİV-ləri, o cümlədən, apasport.az həmin vaxt susurdu. Niyə?

Çünki Sadıqov milli formanı indiyədək 78 dəfə geyinib. Yanlış məlumatı may ayında yanlar isə məşhur wikipedia saytına əsaslanıblar. Həvəskar, hamının daxil olub, dəyişiklik edə bildiyi bu ensiklopediyada Rəşadın səhifəsində (http://en.wikipedia.org/wiki/Rashad_Sadygov) onun millidə 80 oyun keçirdiyi yazılıb. Həmin məlumat da fevralın 24-də yenilənib. Bundan sonrakı oyunları saysaq, guya Sadıqov artıq 83 milli forma geyib. Bizdə 78, onlarda 83 oyun. Bu yanlış gec-tez araşdırılmalı idi.

Biz də apasport.az olaraq bunu araşdırdıq. Azərbaycan mətbuatına, futbol ictimaiyyətinə həmin səhvi sırıyan wikipedia-da Rəşadın illər üzrə yığmadakı oyun sayı da əks olunub. Elə onu, öz siyahımızla müqayisə etdik. Bu yolla kimin sonda dəqiq olduğu, hansı cədvəlin həqiqəti əks etdirdiyini araşdırmaq üçün bu zəruri idi. Baxın görün!


il

oyun

dəqiqə

qol

Start heyətində

kapitan

Oyun*

Qol*

2001

1

90

0

1

0

1

0

2002

11

752

0

8

0

11

0

2003

6

507

0

6

0

6

0

2004

10

900

2

10

2

10

2

2005

8

720

0

8

4

8

0

2006

3

270

1 (1-i pen)

3

3

3

1

2007

2

180

0

2

2

2

0

2008

10

900

0

10

10

10

0

2009

5

411

0

5

5

11

0

2010

9

750

1 (1 avtoqol)

9

9

7

1

2011

9

810

0

9

9

10

0

2012

4

315

0 (1 pen. vurulmayıb)

4

4

1*

0

Cəmi

78

6515

4 (2 penaltidən 1-i dəqiq, 1 avtoqol)

75

48

80

4


*Son 2 sütunda wikipedia-dakı göstəricilər əks olunub. 2012-ci ildə isə fevralın 24-ə qədər olan göstəricilərdir.

Haradadı səhv?

Cədvəldən göründüyü kimi, 2009-cu ilin əvvəlinə kimi olan rəqəmlər eynidir. Elə 2012-ci ili də eyni olduğunu demək olar. Çünki fevralın 24-də yenilənən göstəriciyə əl gəzdirilsə bu aradan qaldırılacaq. Deməli, fərq başa çatan son 3 ildə olub. 2009-11-cu illərdə isə milli 33 oyun keçirib. Bizim hesablamamızla bu müddətdə o, 23, wikipedia-da isə 28 matça çıxıb. Bu 5 oyunluq fərq yuxarıda 78 ilə 83 arasında olan fərqdir. Elə isə həmin 3 ildəki oyunları xatırlayaq.

ı və i
Ən böyük fərqin olduğu 2009-cu ildə Rəşad cəmi 5 dəfə millidə oynayıb. Lakin wikipedia-da bu rəqəm 11 kimi göstərilib. Hərçənd kapitan “Qarabağ”ın Avropa Liqasında tarix yazdığı vaxt zədələnmişdi. Hətta “Rusenborq”a gözəl qol vuran müdafiəçi “Tvente”yə qarşı da oynamamışdı. Həmin zədədən az qala yarım il millidən kənar qalan futbolçu seçmə mərhələ oyunlarını da, ilin sonundakı yoxlama matçlarını da buraxmışdı. Amma həmin vaxt millidə Rəşad Sadiqov oynayırdı. Əcnəbi həmkarlarımız da Rəşad Sadıqovun olmadığı yerdə Rəşad Sadiqov görən kimi elə biliblər odur. Amma onlara deyən tapılmayıb ki, a kişi, ı ayrı, i ayrı. Həmin 6 oyunluq yanlış indiyə kimi qalıb. Təbii ki, cüzi dəyişikliklə.

2009 (http://www.apasport.az/news.php?id=29239)

149

 1 fevral

 Dubay

 YO

 Azərbaycan - Özbəkistan 1:1

 

   

  

  

 

150

 11 fevral

 Əl-Küveyt

 YO

 Küveyt - Azərbaycan 1:1

 

  

  

  

 

151

 28 mart

 DÇ

 Moskva

 Rusiya - Azərbaycan 2:0

90

 

s/k

 

 

152

 2 iyun

 YO

 Kayseri

 Türkiyə - Azərbaycan 2:0

51

 

s/k

 sv

qv

153

 6 iyun

 DÇ

 Bakı

 Azərbaycan - Uels 0:1

90

 

s/k

 

 

154

 9 iyun

 YO

 Bakı

 Azərbaycan - İspaniya 0:6

90

 

s/k

 

 

155

 12 avqust

 DÇ

 Bakı

 Azərbaycan - Almaniya 0:2

90

 

s/k

 

 

156

 5 sentyabr

 DÇ

 Lənkəran

 Azərbaycan - Finlandiya 1:2

 

  

  

  

 

157

 9 sentyabr

 DÇ

 Hannover

 Almaniya - Azərbaycan 4:0

 

  

  

  

 

158

 10 oktyabr

 DÇ

 Vaduts

 Lixtenşteyn - Azərbaycan 0:2

 

  

  

  

 

159

 14 oktyabr

 DÇ

 Bakı

 Azərbaycan - Rusiya 1:1

 

  

  

  

 

160

 15 noyabr

 BT

 Əl-Ayn

 Azərbaycan - İraq 0:1

 

  

  

  

 

161

 18 noyabr

 BT

 Əl-Ayn

 Azərbaycan - Çexiya 2:0

 

  

  

 

 



Dadı-duzu qaçdı

Növbəti 2 ildə - 2010 və 2011-də də müəyyən fərqlər, səhvlər Rəşadın statistikasına təsir edib. Lakin əsas böyük fərq 2009-cu ildən qalıb. Həmin səhv üzündən Rəşad karyerasında 2 dəfə 80-ə çatdığını düşünəcək. Bir dəfə yanlış hisslərlə bir dəfə real.

Lap yada “Neftçi”nin Premyer Liqada 1000-ci qolu vurması düşdü. Biri yatıb yuxuda gördü ki, yubiley qolunu Ruslan Abışov, digəri isə Fərid Quliyev deyirdi. Sonda həqiqət üzə çıxdı. Yenə apasport.az bunu etdi ki, Araz Abdulalyev 1000-ci qolu vurub. Lakin yanlışlar yubileyin dadını duzunu qaçırmışdı.

İndi də Rəşad Aslana Ronaldonun gözü qabağında çatacaq. Hərçənd Sadıqov hələ Sinqapurla oyunda bu hissləri yaşamışdı. Daha doğrusu bunu ona da sırımışdılar.

2010 (http://www.apasport.az/news.php?id=40314)

162

 25 fevral

 YO

 Əmman

 İordaniya - Azərbaycan  0:2

90

 

 s/k

 

 

163

 3 mart

 YO

 Lüksemburq

 Lüksemburq - Azərbaycan  1:2

90

 

 s/k

 

 

164

 26 may

 YO

 Seekirchen

 Moldova - Azərbaycan  1:1

90

 

 s/k

 

 

165

 29 may

 YO

 Bischofshofen

 Makedoniya - Azərbaycan  3:1

75

 

 s/k

 

 

166

 2 iyun

 YO

 Zell am See

 Honduras - Azərbaycan  0:0

90

 

 s/k

 

 

167

 11 avqust

 YO

 Bakı

 Azərbaycan - Küveyt 1:1

45

 

 s/k

 

 

168

 7 sentyabr

 AÇ

 Köln

 Almaniya - Azərbaycan 6:1

90

 avtoqol

 s/k

  

 

169

 8 oktyabr

 AÇ

 Vyana

 Avstriya - Azərbaycan 3:0

90

 

 s/k

 

 

170

 12 oktyabr

 AÇ

 Bakı

 Azərbaycan - Türkiyə 1:0

90

 Qol

 s/k

  

 

171

 17 noyabr

 YO

 Podqoritsa

 Çernoqoriya - Azərbaycan 2:0

 

  

  

  

 


2011 (http://www.apasport.az/news.php?id=52843)

172

 9 fevral

 YO

 Dubay

 Azərbaycan - Macarıstan 0:2

90

 

s/k

 

 

173

 29 mart

 AÇ

 Brüssel

 Belçika - Azərbaycan 4:1

90

 

s/k

 

 

174

 3 iyun

 AÇ

 Astana

 Qazaxıstan - Azərbaycan 2:1

90

 

s/k

 

 

175

 7 iyun

 AÇ

 Bakı

 Azərbaycan - Almaniya 1:3

90

 

s/k

 

 

176

 10 avqust

 YO

 Bakı

 Azərbaycan - Makedoniya 0:1

90

 

s/k

 

 

177

 2 sentyabr

 AÇ

 Bakı

 Azərbaycan - Belçika 1:1

90

 

s/k

 

 

178

 6 sentyabr

 AÇ

 Bakı

 Azərbaycan - Qazaxıstan 3:2

90

 

s/k

 

 

179

 7 oktyabr

 AÇ

 Bakı

 Azərbaycan - Avstriya 1:4

90

 

s/k

 

 

180

 11 oktyabr

 AÇ

 İstanbul

 Türkiyə - Azərbaycan 1:0

90

 

s/k

 

 

181

 11 noyabr

 YO

 Tirana

 Albaniya - Azərbaycan 0:1

 

  

  

  

 


Qeyd: s – start heyətində, k – kapitan, sv – sarı vərəqə, qv – qırmızı vərəqə.
0