Rəqibimiz hazırlıqlara start verdi
08.10.2013 - 08:20
Rəqibimiz hazırlıqlara start verdi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması qarşıdakı oyunların hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycan yığması ilə qarşılaşacaq şimallılar Eduard Streltsov adına “Torpedo” stadionunda baş tutan ilk məşqinə tam heyətlə çıxa bilməyib.

Belə ki, MOİK-in müdafiəçisi Vasili Berezutski hazırlıqlara qatılmayıb. Yalnız bu gün baş məşqçi Fabio Kapellonun sərəncamında olacaq təcrübəli futbolçu həkimlərin nəzarəti ilə hazırlıqlara start verəcək. Zədədən sonra bərpa prosesi keçən Vasilinin durumu ilə bağlı yığmanın tibbi personalının rəhbəri Eduard Bezuqlov da proqnoz verməkdən çəkinib. Həkim müdafiəçinin seçmə mərhələnin son oyunlarında oynayacağına ümidli olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu 8-ci km stadionunda keçiriləcək.
0