Şimali İrlandiya Azərbaycanda ilk məşqinə çıxdı - VİDEO
09.10.2013 - 16:46
Şimali İrlandiya Azərbaycanda ilk məşqinə çıxdı - VİDEO

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq Şimali İrlandiya millisi artıq ölkəmizə təşrif buyurub. Apasport.az saytının məlumatına görə, rəqib komanda bu gün səhər saatlarında “Bakı”nın təlim-məşq bazasında ilk məşqini keçirib.



Media mənsublarının da iştirak etdiyi hazırlığın yalnız 15 dəqiqəsi jurnalistlər üçün açıq olub. Sonda qonaqlar “Bakı”nın onlara yaratdığı şəraitdən razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı oktyabrın 11-də saat 21:00-da “Bakcell Arena”da baş tutacaq.

Mənbə: fcbaku.com

0