Yuri Syomin: Rusiya üçün asan olmayacaq
14.10.2013 - 08:10
Yuri Syomin: Rusiya üçün asan olmayacaq
“Azərbaycan çox yaxşı futbol nümayiş etdirir. Kombinasiyalar, köklənmə... Bunları necə qeyd etməmək olar. Bir sözlə, Rusiya üçün asan olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Tanınmış rusiyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin son oyunları ərəfəsində həmyerlilərinə müsahibə verib. Syomin sabah keçiriləcək Azərbaycan – Rusiya oyunu haqda danışıb: “Bizim komandalarda belə bir şey var: nə qədər cənuba gediriksə, bir o qədər çətin olur. Mənə elə gəlir ki, bu matç rusiyalılar üçün heç də asan olmayacaq. Lakin qrup birinciliyi layiqlidir və çətin Rusiya bu mövqeni tərk etsin. Seçmə mərhələ əla keçdi”.

Syomin rusiyalı həmkarlarımızın Şimali İrlandiya üzərində qələbə üçün verilən, Rusiya ilə matçdakı 3 xal üçün vəd olunan mükafatla bağlı suala da cavab verib: “Dəqiq rəqəmlər mənə məlum deyil. Lakin ciddi rəqəmlər haqda söhbətlər gəzir. Bu da ki reallığa oxşayır. Zəngin ölkədir. Burada kifayət qədər sanballı şirkətlər və biznesmenlər var ki, onlar da futbola vəsait qoyur. Azərbaycanda futbola əsasən biznesmenlər pul xərcləyir. Ümumiyyətlə belə etmək istəyənlərin də sayı çoxdur”.
0