Yığmamızın Qran-pri üçün heyəti açıqlandı
12.11.2013 - 12:05
Yığmamızın Qran-pri üçün heyəti açıqlandı
Ağır atletika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçimiz Zlatan Vanev ölkəmizdə keçiriləcək IWF Qran-Pri – II Beynəlxalq Bakı Kubokunda güvənəcəyi idmançıları müəyyənləşdirib.

Bolqarıstanlı mütəxəssis dekabrın 5-8-də baş tutacaq yarışda Valentin Xristov, Yuri Dudoqlo (hər ikisi 62 kq), Firidun Quluyev, Zülfüqar Süleymanov (hər ikisi 69 kq), Yuliya Derkaç, Silviya Angelova (hər ikisi 53 kq) və Kristina Yovu və Mərziyyə Məhərrəmovaya (hər ikisi 58 kq) şans verəcək.

Qeyd edək ki, turnir 4 çəki üzrə keçirilir.
0