Portuqaliya qalib gəldi, Fransa uduzdu - YENİLƏNİB
16.11.2013 - 01:42
Portuqaliya qalib gəldi, Fransa uduzdu - YENİLƏNİB

Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə pley-off oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Braziliyada keçiriləcək mundiala qatılmaq üçün mübarizəni davam etdirən 8 komanda ilk oyunlarına çıxıb.

Avropanın son 4 təmsilçisi olmaq iddiasında olanlar seçmə mərhələdə qrupda 2-ci yeri tutanlardır. Günün ən maraqlı qarşılaşması Portuqaliya ilə İsveç arasında olub. Planetin ən güclü futbolçularından olan Kriştianu Ronaldo ilə Zlatan İbrahimoviç bu gün Pireney yarımadasında üz-üzə gəlib. Bu qarşılaşmada portuqaliyalılar minimal hesabla sevinib.

Daha bir ulduz Frank Riberili Fransa yığması Ukrayna qarşısına çıxıb. Oyuna istədikləri kimi başlaya bilməyən qonaqlar məğlubiyyətlə üzləşib.

Avropa zonası üzrə pley-off oyunları
15 noyabr

Yunanıstan – Rumıniya - 3:1
QOL: Mitroqlu, 14, 67, Salpinqidis, 21 - Stanku, 19
Qırmızı vərəqə: Kostin Lazar, 90 (Ruminya)

Portuqaliya – İsveç - 1:0
QOL: Ronaldo, 82

Ukrayna – Fransa - 2:0
QOL: Fedetskiy, 70, Yarmolenko, 82
Qırmızı vərəqə: Kuçer, 90 - Kosçielni, 90

İslandiya – Xorvatiya - 0:0
Qırmızı vərəqə: Skulıason, 50 (İslandiya)

0