Azərbaycan çempionatının mükafatçısı İndoneziya klubunda - FOTO
17.01.2014 - 12:42
Azərbaycan çempionatının mükafatçısı İndoneziya klubunda - FOTO

“İqtisadçı”nın sabiq voleybolçusu Ariel Uilson özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, ötən ilin sonunda klubdan göndərilən amerikalı legioner karyerasını İndoneziyada davam etdirəcək.

 

O, artıq “Valeriya Manokvari Papua Barat” komandası ilə razılığa gələrək, rəsmi müqaviləyə imza atıb. 25 yaşlı bloçku ən azından mövsümün sonuna kimi bu klubun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Uilson 2012/2013 mövsümünü “Azərreyl”də (indiki “Azəryol”) keçirib və bu komanda ilə Super Liqanın gümüş medalına sahib olub. “İqtisadçı”ya isə 2013-cü ilin iyununda keçmişdi.

0