Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Vakıfbank” (Türkiyə) - “İqtisadçı” (Azərbaycan) statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 0:3 hesabı ilə uduzduğu görüşün bombardiri rəqibin kapitanı Gözdə Sonsırma olub.
O, “İqtisadçı”dan 15 xal almağı bacarıb. Komandamızın heyətində isə hollandiyalı legionerimiz Manon Flier məhsuldarlıq nümayiş etdirib. Hücumçumuz komandasının aktivinə 11 xal yazdırıb.
Bülənt Karslıoğlunun digər yetirmələrinə gəlincə, Pleumjit Zinkaov 6, Onuma Sittirak 5, Marianne Fersola 4, Ma Yun Vey 2 və Ley Zanq 1 xal toplayıblar.
Qeyd edək ki, hər 2 görüşdə 0:3 hesabı ilə uduzan “İqtisadçı” Çempionlar Liqası ilə vidalaşıb.