“Lokomotiv” tay-brekdə uduzdu
23.01.2014 - 20:07
“Lokomotiv” tay-brekdə uduzdu
Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, mərhələnin sonuncu oyun günündə “Lokomotiv” doğma divarlar arasında “Bank Fakro” ilə qarşılaşıb.

Avrokubokların cari mövsümündə ilk məğlubiyyətini Polşada alan Bakı təmsilçisi cavab oyununda rəqiblə başabaş mübarizə aparıb. İlk setdəki məğlubiyyətdən sonra hesabda tarazlıq yaradan komandamız 3-cü setdə uduzmaqla, mərhələ adlamaq şansını itirib. Lakin ruhdan düşməyən bakılılar növbəti setdə qalib gəlməklə, matçı tay-brekə daşıyıb. Matçın sonuncu setində gərgin mübarizə keçsə də, setin sonluğu qonaqlarn qələbəsi ilə nəticələnib – 12:15.

 

CEV kuboku

1/4 final, cavab oyunu
 

23 yanvar

“Lokomotiv” (Azərbaycan) – “Bank Fakro” (Polşa) - 2:3 (24:26; 25:14; 21:25; 25:18; 12:15)

Hakimlər: Onur Hosnut (Türkiyə), Kristina Fort (Rumıniya)

Bakı, Voleybol Mərkəzi


İlk oyun: “Bank Fakro” (Polşa) – “Lokomotiv” (Azərbaycan)- 3:0 (25:15, 25:23, 26:24)


Qeyd edək ki, Çempionlar Liqasında qrupda qalan “Azəryol” da CEV kubokunda çıxışını davam etdirəcək. Onlar mübarizəyə “Çelenc raund”dan qoşulacaq. “Azərreyl” isə artıq yarışda mübarizəni dayandırıb.

0