Serbiya millisinin üzvü İngiltərə yolunda
01.04.2025 - 23:28

İtaliya A Seriyası təmsilçilərindən "Torino"nun qolkiperi Vanya Milinkoviç-Saviç karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, qapıçı ilə "Çelsi" və "Mançester Siti" komandaları yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqa klubları 31 yaşlı qapıçının sərbəstqalma məbləği olan 20 milyon avronu ödəməyə hazırdır.
Qeyd edək ki, Bu mövsüm Milinkovic-Saviç bu mövsüm "Torino"nun heyətində 31 oyunda iştirak edib.
0
0