“Zidan və Ronaldonun dostları”ndan qol yağışı - VİDEO
05.03.2014 - 07:12
“Zidan və Ronaldonun dostları”ndan qol yağışı - VİDEO

 

İsveçrənin Bern şəhərində futbol üzrə xeyriyyə oyunu keçirilib. Apasport.az-ın məlumatına görə, oyun Filippində tayfundan zərər çəkənlərə kömək üçün vəsait yığmaq məqsədi daşıyıb.

 

“Kasıblıq əleyhinə matç” illik aksiyası çərçivəsində keçirilən oyunda “Zidan  və Ronaldonun dostları” komandası ilə “Yanq Boyz” qarşılaşıb. Oyun ulduz oyunçuların qələbəsi ilə başa çatıb – 8:6. Qollardan birini “Dostların” heyətində meydana çıxan Hakan Şükür vurub.

 

“Zidan və Ronaldonun dostları” komandasının heyətində aşağıdakı futbolçular oynayıblar:

 

Qapıçılar: Karlo Qudiçini, Antonios Nikopolidis;

 

Müdafiəçilər: Paolo Maldini, Fabio Kannavaro, Canluica Zambrotto, Fernando İerra, Mişel Salqado, Ceymi Karraqer, Paolo Ferreyra, Fernando Koutu;

 

Yarımmüdafiəçilər: Zinəddin Zidan, Patrik Vierra, Robert Pires, Kristian Karambo, Luiş Fiqu, Paolo Souza, Pavel Nedved, Fredirik Yunqberq, Qaiska Mendietta, Cenarro Qattuzo, Ronald de Bur, Santyaqo Solyari, Xidetosi Nakata, Stiv Makmanaman;

 

Hücumçular: Ronaldo, Marta, Covanni Elber, Davor Şuker, Hakan Şükür, Yuri Corkayeff, Kristian Vyeri, Nuno Qomeş.

 

 

 

0