[b]Şəhriyar Məmmədyarov: O, bunu etməyə də bilərdi[/b]
18.03.2014 - 10:09
[b]Şəhriyar Məmmədyarov: O, bunu etməyə də bilərdi[/b]

“Rəqib mənim xoşladığım oyun üslubuna üstünlük verdi”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

 

Təcrübəli şahmatçı Xantı-Mansiyskdə iddiaçıların turnirinin IV turunda rusiyalı Dmitri Andreykinlə oyununu şərh edib.

 

İlk qələbəsini Andreykin üzərində qazanan Məmmədyarov bildirib ki, görüş maraqlı alınıb: “Andreykin özü maraqlı, gözəl çıxış etmək istədi və buna görə məndə də alındı. O, bunu etməyə də bilərdi. Məsələn, 14-cü gedişdə e5 oynamazdı. Dmitri Emanuel Lasker kimi mövqe oyununa üstünlük verə bilərdi. Lakin onda qarşılaşma maraqlı alınmazdı”.

 

Təmsilçimiz ilk 3 turda zəif oyunundan da danışıb. Onun sözlərinə görə, hələ heç nə itirilməyib və sona kimi lider olacağına ümid bəsləyir: “Əgər mən iddiaçıların turnirində birinci yeri tutacağıma inanmasaydım, toplanışlar keçirmək, şahmata gəlməyimin mənası olmazdı... Mən istirahət edirdim. Həm də inanıb, çalışırdım. Cəhd etmək lazımdır. Bunu etməsən heç vaxt özünü bağışlamazsan. Mübarizə aparmaq lazımdır. Düşünürəm ki, bunun üçün hər şey etmişəm. Hələ də şanslarımın olduğuna inanıram və sona kimi mübarizə aparacam”.

 

Qeyd edək ki, Məmmədyarovun aktivində 4 turdan sonra 1,5 xalı var. 

0