“Azərbaycanda 9 idmançının dopinqdə “ilişməsi” yaxşı hal deyil”
27.03.2014 - 12:07
“Azərbaycanda 9 idmançının dopinqdə “ilişməsi” yaxşı hal deyil”

“Bu il komandamız 50-dən artıq dopinq testdən keçib. Bunları sayını da itirmişəm. Çünki bu, mənim üçün maraqlı deyil”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan Ağır Atletika Federasiyasının baş katibi Borislav Gidikov deyib.

 

Seul-1988-in qalibi son günlər bütün Avropanın diqqət mərkəzinə düşən dopinq qalmaqalına münasibət bildirib.

 

İvanov həmyerlisi Zlatan Vanevin çalışdırdığı Azərbaycan millisinin 9 üzvünün qadağan olunmuş preparatlardan istifadəsinə görə cəzalanmasına da biganə qalmayıb. 2 bolqarıstanlı - Valentin Xristovla Silviya Angelovanın da daxil olduğu “doqquzluğ”un belə aqibətlə üzləşməsi təcrübəli mütəxəssisi də təəccübləndirib: “Belə halın qeydə alınması çox qəribədir. Çünki 1 ildə bu qədər idmançının “ilişməsi” yaxşı hal deyil. Biz artıq 99 faiz əminik ki, belə üzləşə bilmərik. Buna səbəb idmançılarımız üçün bütün preparatları eyni aptekdən almağımızdır. Lakin hər şeyə də nəzarət etmək olmur. Çünki qidalanma zamanı atletin orqanizminə müxtəlif maddənin düşməsi də mümkündür”.

 

Qeyd edək ki, 9 ağırlıqqaldıranlarımızdan səkkizi 2 illik, biri ömürlük diskvalifikasiya olunub. 

0