AFFA amerikalılara Asiyadan əvəz tapdı
15.04.2014 - 16:15
AFFA amerikalılara Asiyadan əvəz tapdı

AFFA-nın U-17-lər arasında bu il keçirəcəyi IV Caspian Cup turnirində 3 debütant çıxış edəcək. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçiləri İranla Əfqanıstan, həmçinin yarışa ölkəmizin 2-ci komandası kimi qatılacaq U-16 ilk dəfə mükafat uğrunda mübarizəyə qoşulacaq.

 

Bu isə o deməkdir ki, ötənilki iştirakçılardan üçü kənarda qalıb. Bunlardan ikisi ABŞ və Uruqvay okeanın o tayından, İordaniya isə Yaxın Şərqdən yarışa gəlməyib. Onları əvəzləyəcək 3 debütantla turnirin əhatə dairəsi genişlənir. İndiyədək komandamızdan başqa 13 qonaq Caspian Cup-a qatılmışdısa, İran və Əfqanıstanla bu rəqəm 15-ə çatacaq.

 

Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan yığmaları da millimiz kimi 4-cü dəfə turnirə qatılacaq.

 

komanda

2011

2012

2013

2014

Türkiyə

1

6

1

+

İspaniy

2

 

 

 

Azərbaycan

3

2

2

+

Gürcüstan

4

1

4

+

Qazaxıstan

5

4

12

+

Özbəkistan

6

3

6

+

Tacikistan

7

 

9

+

Qırğızıstan

8

8

10

+

Litva

 

5

 

 

Yaponiya

 

7

3

+

ABŞ

 

 

5

 

Uruqvay

 

 

7

 

Bolqarıstan

 

 

8

+

İordaniya

 

 

11

 

Azərbaycan U-16

 

 

 

+

Əfqanəstan

 

 

 

+

İran

 

 

 

+


Əvvəlki 3 turnirdə komandaların tutduğu yerlər, qarşıdakı yarışda isə iştirakını əks etdirən işarə qeyd olunub.

0