“Qəbələ”nin qapıçısı Portuqaliyaya yollandı
15.04.2014 - 16:19
“Qəbələ”nin qapıçısı Portuqaliyaya yollandı

“Qəbələ”nin braziliyalı qapıçısı Deiqo Koşta Silva Portuqaliyaya yollanıb. Bu barədə apasport.az saytına qapıçının özü məlumat verib. Təcrübəli çərçivə qoruyucusu dizində olan bərk ağrılar səbəbindən hələ uzun müddət oynaya bilməyəcəyini bildirib: “Dizimdə ciddi ağrılar var. Artıq Portuqaliyadayam və burada müalicə alıram. Ən azı 10 gün burda qalacağam. Hazırda oynamaq iqtidarında deyiləm. Zədəm qorxuludur. İnanıram ki, zədəmi tez sağalda bilərəm. Çox təəssüf edirəm ki, mövsüm mənim üçün belə oldu”.

0