İbrahimoviç qardaşını müsəlman adəti ilə dəfn etdi - FOTO
15.04.2014 - 20:07
İbrahimoviç qardaşını müsəlman adəti ilə dəfn etdi - FOTO

“Pari Sen-Jermen” klubunun və İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç qardaşını dəfn edib. Apasport.az saytının məlumatına görə, onun qardaşı İslam qaydaları ilə torpağa tapşırılıb.

 

Türkiyə mətbuatı yazır ki, ulduz futbolçu cənazə namazına da qatılıb. Bununla da, İbrahimoviçin müsəlman olub-olmadığı sualına aydınlıq gəlib. Qeyd edək ki, İbrahimoviçin atası Şefiq İbrahimoviç 1977-ci ildə Bosniya-Hersoqovinadan İsveçə köçüb və orada xorvat Jurka Qraviçlə evlənib. Onun atası müsəlman, anası isə xristiandır. İbrahimoviç həmişə müsəlman və ya xristian olması sualından yayınıb. Amma qardaşının müsəlman adəti ilə dəfn edilməsi və onun cənazə namazına durması bu məsələyə son qoyub.

 

Bu arada PSJ klubu İbrahimoviçə qardaşının ölümü ilə bağlı başsağlığı verib: “PSJ klubunun rəhbərliyi və bütün klubu Zlatan İbrahimoviçə, onun atasına və bütün ailəsinə belə bir dəhşətli itki ilə bağlı başsağlığı verir. PSJ belə ağır məqamda Zlatanı və onun yaxınlarını dəstəkləyir”.

 

 

0