Ronaldo İspaniya kubokunu tribunadan izləyəcək
15.04.2014 - 23:44
Ronaldo İspaniya kubokunu tribunadan izləyəcək

“Real Madrid”in hücumçusu Kriştiano Ronaldo İspaniya Kubokunun finalını azarkeş kimi izləyəcək. Apasport.az saytının məlumatına görə, onunla bərabər bir neçə digər futbolçu da tribunada oturacaq.

 

Xatırladaq ki, zədə səbəbindən son bir neçə oyunu buraxan Ronaldo İspaniya Kubokunun finalında oynaya bilməyəcək. Amma zədəsi ona tribunada azarkeş kimi oturmağa mane olmayacaq. “Real” rəhbərliyi Ronaldo, eləcə də Alvaro Arbeloa, Marselo, Sami Hedira və mümkün ki, Xese üçün çarter reysi sifariş edib. Onlar klublarını Valensiyada dəstəkləyəcəklər.

 

Qeyd edək ki, “Real” və “Barselona” arasında İspaniya kubokunun finalı aprelin 16-da Valensiyadakı “Mestalye” stadionunda keçiriləcək.

 

 

0