“Arsenal” 4-cü pilləyə yüksəldi
16.04.2014 - 00:38
“Arsenal” 4-cü pilləyə yüksəldi

İngiltərə çempionatının 34-cü turunun təxirə salınan bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Arsenal” öz meydanında “Vest Hem”i qəbul edib.

 

Hesabı 40-cı dəqiqədə “Vest Hem”in futbolçuları açıb. Amma “Arsenal” fasiləyə qədər hesabı bərabərləşdirə bilib. İkinci hissədə isə rəqibin qapısından daha 2 top keçirən “topçular” 67 xal toplayaraq turnir cədvəlində 4-cü yerə yüksəliblər.

 

İngiltərə çempionatı

34-cü tur

 

“Arsenal” – “Vest Hem” - 3:1

Qollar: Podolski, 44; 78; Jeru, 55 – Jarvus, 40

 

 

0