İnyesta: İspaniya kuboku bizi bu mövsüm xilas edərdi
16.04.2014 - 03:30
İnyesta: İspaniya kuboku bizi bu mövsüm xilas edərdi

 

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta klubu ilə bir yerdə İspaniya Kubokunu qazanmaq əzmindədir. Apasport.az saytının məlumatına görə, futbolçu kuboku qazanmaq üçün bütün potensiallarının olduğunu deyib.

 

İnyesta qələbə üçün meydana çıxmaq və ən yaxşı oyunlarını göstərmək lazım olduğunu vurğulayıb: “Biz yaxşı oynaya və qalib gələ bilərik. Kuboku qazanmağımız tərəfdarlarımızı sevindirə və mövsümü xilas edə bilər. Düzdür, bu, digər turnirlərdəki vəziyyətimizi dəyişməyəcək – Çempionlar Liqasını tərk etmişik, çempionatda isə liderdən 4 xal geridəyik. Amma biz hələ də kuboku qazana və çempionatda qalib gələ bilərik. Ona görə də, ancaq sonda bizim uğurlu mövsümümüz olub-olmadığını söyləyə bilərik”.

 

 

0