Kasilyas: “Barselona”nın uğursuzluqlarını unutmaq lazımdır
16.04.2014 - 04:28
Kasilyas: “Barselona”nın uğursuzluqlarını unutmaq lazımdır

 

“Real Madrid” klubunun qapıçısı İker Kaslyas İspaniya Kuboku uğrunda final matçı ilə bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, qapıçı “Real”ın kuboku qazanmaq üçün yaxşı şanslarının olduğunu vurğulayıb.

 

Bununla yanaşı, Kasilyas “Barselona”nın gücünü qiymətləndirməməyin də ağılsızlıq olduğunu qeyd edib: “Komandamız İspaniya Kubokunda qələbə barədə düşünür. “Real” bu mövsüm kubok oyunlarında yaxşı oynayıb. Əminəm ki, matç çox mürəkkəb olacaq. Biz öz futbolumuzu oynayaraq, şanslarımızdan istifadə edib qalib gələcəyimizə inanmalıyıq. Amma “Barselona”nı da qiymətləndirməmək olmaz. Mən “Barsa”nın Çempionlar Liqasını tərk etməsi və çempionatın son turunda “Qranada”ya uduzması barədə düşünmürəm. Bu oyunları unutmaq lazımdır. Finalda hər şey ola bilər. Keçmiş oyunlar barədə bütün fikirləri beynimizdən atmalı və ancaq nəticə barədə düşünməliyik”.

 

 

0