Robbendən Sneyderə dəstək
16.04.2014 - 05:25
Robbendən Sneyderə dəstək

Hollandiya millisinin baş məşqçisi Lui van Qalın “Qalatasaray”ın ulduzu Uesli Sneyder barədə sözləri “Bavariya”nın futbolçusu Arien Robbenin narazılığına səbəb olub. Apasport.az saytının məlumatına görə, Robben komanda yoldaşını dəstəkləmək qərarına gəlib.

 

Xatırladaq ki, van Qal Sneyderin oyunundan narazı olduğunu, qarşıdan gələn dünya çempionatı zamanı onu milli komandaya çağırıb-çağırmayacağını dəqiqləşdirmədiyini bildirmişdi. Amma Robben baş məşqçi ilə eyni fikirdə olmadığını bildirərək, van Qalı qəzəbləndirə biləcək ifadələr işlədib: “Sneyder mövzusunun gündəmə gətirilməsi anlaşılmaz bir şeydir. Sneyder çox önəmli futbolçudur. Sağlam və formada olduğu zaman çox möhtəşəm oyun göstərir. Sneyderə ehtiyacımız var”.

 

“Qalatasaray”lı futbolçunun karyerasının ən gözəl dövrünü keçirmədiyini etiraf edən futbolçu, bununla yanaşı, onu 4 il əvvəlki durumu ilə müqayisə etməyin yersiz olduğunu vurğulayıb: “Onu hələ də milli komandada görürəm. Qərarı van Qal verəcək. Amma mən hələ də Sneyderin heyranıyam”.

 

 

0