Rza Çalımbay “Neftçi”dən təklif gözləyir - MÜSAHİBƏ
16.04.2014 - 10:46
Rza Çalımbay “Neftçi”dən təklif gözləyir - MÜSAHİBƏ

Türkiyəli məşqçi Rza Çalımbayın apasport.az saytına müsahibəsi

 

- “Çaykur Rizəspor”dan ayrıldıqdan sonra işsizsiniz. “TRT Avaz”da efirə gedən futbol proqramında adınız “Neftçi” ilə yanaşı hallanıb. Maraqlıdır ki, bu komandanın baş məşqçisi Böyükağa Hacıyev mövsümün sonunda postundan ayrılacağını açıqlayıb.

- Sizdə mövsüm nə vaxt başa çatır?

 

- Mayın 17-də...

- Hə, bizim Superliqa kimi. Bizdə də çempionat mayın ortalarında bitəcək. Yaxşı olar.

 

- Sualımıza cavab vermədiniz. “Neftçi”dən sizinlə əlaqə saxlayan olub?

- Xeyr. Azərbaycandan mənimlə heç kim əlaqə saxlamayıb.

 

- Belə bir atalar sözü var: od olmayan yerdən tüstü çıxmaz...

- (gülür) Çox yaxşı deyimdir. “Neftçi” mənimlə əlaqə saxlasınlar, şərtləri müzakirə edək. Hər şey danışıqlar masası ətrafında müzakirə olunmalıdır. Ondan sonra qərarımı verə bilərəm.

 

- Azərbaycanda işləmək təklifinə isti yanaşmağınızı nə ilə əlaqələndirmək olar?

- Qardaş ölkədə çalışmaq hər zaman yaxşıdır. Üstəlik, türkiyəli məşqçilərin orda çalışması bizim işimizi asanlaşdırır. Hazırda Mustafa Dənizli və Güvənç Kurtar da Azərbaycandadır. “Əskişəhərspor”da rəhbərliyim altında oynamış Rəşad Sadıqovla yenidən üz-üzə gəlmək də maraqlı olardı.

 

Səbuhi TOFİQOĞLU

0