[b] “Bakı” “Neftçi”yə, “Rəvan” hamıya həsəd aparır[/b]
16.04.2014 - 12:10
[b] “Bakı” “Neftçi”yə, “Rəvan” hamıya həsəd aparır[/b]

Topaz Premyer Liqasının arxada qalan 30 turunda qapılara 42 penalti təyin olunub. Apasport.az saytının məlumatına görə, bu zərbələrdən 32-si qolla nəticələnibsə, 10 dəfə qapıçılar dueldən qalib ayrılıb. Bu isə dəqiqliyin 76,2 faiz olması deməkdir.

 

Çempionatda çıxış edən 10 komandadan 9-u 11 metrlik cərimə zərbəsi vurmaq imkanı qazanıb. “Rəvan” isə arxada qalan 30 oyunda belə imkan əldə etməyib. Penaltilər üzrə mütləq rekord “Bakı”ya məxsusdur. Paytaxtın eyniadlı təmsilçisi 10 dəfə hakimlərin belə qərarına sevinib. Lakin onlar dəqiqlikdə “Neftçi”yə həsəd aparmalıdır. Çünki “ağ-qaralar” səhvsiz yerinə yetirilən penaltilərin sayında birincidir.

 

Penalti vuran klublar

1. “Bakı” – 10 (8-i dəqiq)

2. “Qəbələ” – 6 (4)

3. “Neftçi” – 5 (5)

4. “Qarabağ” – 5 (4)

5. AZAL – 5 (3)

6. “Xəzər Lənkəran” – 4 (1)

7. “Sumqayıt” – 3 (3)

8. “Simurq” – 2 (2)

9. “İnter” – 2 (2)

10. “Rəvan” – 0 (0)

 

Penalti ilə cəzalanmaqda isə mövsümün lideri “Xəzər Lənkəran”dır. Cənublular 7 dəfə belə qərarla cəzalandırılıb. Bu zərbələrin də hamısı qola nəticələnib. “Qarabağ” isə penaltidən qol buraxmayıb. Düzdür, ağdamlılar 1 dəfə cəzalanıb. Amma bu zərbə qolla nəticələnməyib. “Rəvan”la “Simurq” daha çox – hərəyə 2 penaltini zərərsizləşdirməklə liderlik edir.

 

Penalti ilə cəzalanan klublar

1. “Xəzər Lənkəran” – 7 (7)

2. “Qəbələ” – 6 (5)

3. “Rəvan” – 6 (4)

4. “İnter” – 5 (4)

5. “Sumqayıt” – 4 (3)

6. “Simurq” – 4 (2)

7. “Neftçi” – 3 (3)

8-9. AZAL – 3 (2), “Bakı” – 3 (2)

10. “Qarabağ” – 1 (0)

 

Cari mövsüm 11 hakim penalti təyin edib. Bu göstəricidə Ramil Diniyev hamını qabaqlayıb. Gənc referi 7 dəfə “ağ nöqtə”ni göstərib.

 

Penalti təyin edən hakimlər

1. Ramil Diniyev – 7 (5)

2-3. Əliyar Ağayev – 6 (5), Rauf Cabbarov – 6 (5)

4. Fariz Yusifov – 4 (3)

5-6. Orxan Məmmədov – 4 (2), Elvin Əsgərov – 4 (2)

7-8. Alik Yunusov – 3 (3), Rəhim Həsənov – 3 (3)

9. Vüsal Əliyev – 3 (2)

10-11. Ömər Paşayev – 1 (1), Ramil Məmmədov – 1 (1)

 

Cari mövsüm 3 futbolçu 3 və daha çox penalti zərbəsi yerimə yetirib. Mütləq rekordçu isə Əfran İsmayılovdur. “Bakı”nın yarımmüdafiəçisi 5 zərbədə 100 faizlik dəqiqlik nümayiş etdirib.

 

1. Əfran ismayılov (“Bakı”) – 5 (5)

2. Leonardo da Silva (“Qəbələ”) – 4 (3)

3. Con Oluremki (AZAL) – 3 (2)

0