[b]“Xəzər Lənkəran” - yenə Həsənov[/b]
16.04.2014 - 14:16
[b]“Xəzər Lənkəran”  - yenə Həsənov[/b]

Azərbaycan kubokunun yarımfinal mərhələsinin bu gün keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” oyunu Rəhim Həsənova tapşırılıb. Apasport.az saytının məlumatına görə, bu hakim Yuri Syominin yetirmələrinin 1/4 finalda “Qarabağ”a qarşı keçirdiyi hər iki görüşdə də fit çalmışdı. Həmin matçları penalti və qırmızı vərəqəsiz başa vuran ədalət təmsilçisi “Qəbələ”nin irəliləməsinə şahid olmuşdu – 0:0, 2:1.

 

Həsənov “Xəzər Lənkəran”a da uğur gətirib. Buna Superkubokda təsadüf olunub. “Ağ-yaşıllar”ı qırmızı vərəqə ilə cəzalandıran referi sonda onların “Neftçi” üzərində qələbəsini qeydə alıb – 2:1.

 

Topaz Premyer Liqasında 23 matça çıxan Həsənovun “Qəbələ” ilə yolları 6 dəfə kəsişib. Əyalət klubunu 1 qırmızı və 1 penalti ilə cəzalandıran, lehinə isə 1 dəfə 11 metrlik cərimə zərbəsi təyin edən referi heç-heçə görməyib. Bu matçlarda Yuri Syominin yetirmələri 5 qələbə qazanıb və 1 məğlubiyyət alıb.

 

“Xəzər Lənkəran” isə çempionatda Həsənovla qalib gəlməyib: 1 heç-heçə və 1 məğlubiyyət. Cənubluları 1 penalti ilə cəzalandıran hakim “Neftçi” ilə Lənkərandakı görüşdə meydan sahiblərini 1, qonaqları 3 qırmızı vərəqə verməsi ilə də diqqət çəkmişdi.

0