“Azəryol” Bakıdan gedən voleybolçunu geri qaytarır
16.04.2014 - 14:25
“Azəryol” Bakıdan gedən voleybolçunu geri qaytarır

“Azəryol”un yeni mövsüm üçün danışıqlara başladığı daha bir voleybolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı klubu yığmamızın oyunçusu Natalya Məmmədova ilə yanaşı, ABŞ millisinin üzvü Kristin Riçardsa (Hildebrand) da elçi düşüb.

 

Hazırda Braziliyanın “Kampinas” klubunun şərəfini qoruyan 29 yaşlı voleybolçunun təklifi müsbət dəyərləndirəcəyi istisna olunmur. Çünki Azərbaycan Super Liqası Riçards üçün tanış çempionatdır. 2010/2011 mövsümündə “Lokomotiv”in şərəfini qoruyan oyunçu ölkəmizdən getdikdən sonra Bakıda yaxşı pullar qazandığını və vaxtını şən keçdiyini dəfələrlə açıqlayıb.

 

Qeyd edək ki, “dəmiryolçular”ı “Pyaçentsa”ya dəyişən Kristin millisinin heyətində Panamerika kubokunu (2012, 2013) və Qran-prini (2012) qazanıb. 

0